Əlaqə

 

                                                                                                                           Tel: (+994 12) 480 16 25                      Email: info@incert.az


 

   

Keyfiyyət siyasətimiz

"INCERT" şirkətinin keyfiyyət siyasəti müstəqil audit və inspeksiya nəzarəti, sertifikatlaşdırma, markalanma, test və sınaq, kalibrləmə üzrə fəaliyyətlərin beynəlxalq standart, norma və direktivlərin, həmçinin milli qanunvericiliyin  tələblərinə uyğunluğunun təmin edilməsinə və nəzərdə tutulmuş müddətdə yerinə yetirilməsinə əsaslanır.

 

Biz öz səriştəmizi və təklif etdiyimiz xidmətləri qlobal iqtisadiyyatın dəyişən tələblərinə cavab verəcək şəkildə təkmilləşdirir, müştərilərimizin ahəngdar və davamlı inkişafının təmin edilməsi üçün çalışırıq.