Əlaqə

 

                                                                                                                           Tel: (+994 12) 480 16 25                      Email: info@incert.az


 

   

Dəyərlərimiz

Dürüstlük

 

Müştəri faktoru bizim üçün son dərəcədə önəmlidir. Fəaliyyətimizin hər bir sahəsində ən yüksək keyfiyyət və etik standartlara riayət etməyə çalışırıq.

 

Peşəkarlıq

 

Biz müştərilərə xidmət üzrə bütün fəaliyyətimizi yüksək səviyyədə, vaxtında və ən müasir metodlarla həyata keçiririk. Bizim komandada öz işinin peşəkarları olan mütəxəssislər fəaliyyət göstərir. Biz daim yeniliyə can atır, fəaliyyətimizin daha da səmərəli olması üçün ən yaxşı vasitələr və imkanlar axtarırıq.

 

Müştəri məmnuniyyəti

 

Müştərilərimizin ehtiyaclarını tam olaraq anlamaq və bu ehtiyaclara maksimum cavab verə bilmək fəaliyyət strategiyamızın əsas prinsipidir. Məqsədimiz – strategiyamız ilə müəyyən edilmiş prioritet istiqamətlər üzrə müştərilərlə uzunmüddətli və etibarlı münasibətlər yaratmaq və inkişaf etdirməkdir.

 

Yenilikçilik

 

Yenilikçilik fəaliyyət göstərdiyimiz sahədə fərqliliyimizi, uğurlarımızı, inkişafımızı şərtləndirən başlıca amildir.

 

Komanda çalışması

 

Uğurlu bir şirkət olmaq üçün komanda ruhu ilə çalışmalı olduğumuzun fərqindəyik.

 

Performans

 

Biz performansımızı daim inkişaf etdirməyə səy göstəririk. Hər hansı bir işlə bağlı qərar verdiyimiz zaman o işi mümkün ola biləcək qədər sürətli, peşəkar və effektiv şəkildə həll etməyə çalışırıq. Peşəkar səviyyəmizi inkişaf etdirməyi bir prinsip olaraq qəbul edərək, ən qabaqcıl ideyaların tətbiqinə çalışırıq.

 

Keyfiyyət

 

Şirkətimizin fəaliyyətində keyfiyyət başlıca şərt və ən böyük hədəfimizdir.

Biz müştərilərimizin şirkətimizlə əməkdaşlıqdan zövq alması və məmnun qalması üçün çalışırıq.

Biz öz işimizi sevir və onu yüksək səviyyədə yerinə yetiririk.