Əlaqə

 

                                                                                                                           Tel: (+994 12) 480 16 25                      Email: info@incert.az


 

   

Xəbərlər

SA 8000 standartı üzrə təlim keçirilib

Mayın 3-4 də Azərbaycanda Kənd Təsərrüfatına Dəstək Layihəsi (ASAP) çərçivəsində ilk dəfə olaraq yerli şirkətlərimiz üçün SA 8000 Sosial Məsuliyyət standarta üzrə təlim keçirilib.

 

INCERT şirkətinin təşkilatçılığı ilə keçirilən təlimdə Binə AQRO, KASLAR, AZ-Granata, Mars FK, Aqroterm, PMD Grup, Quba Tingçilik,  Aznar, AqroKristal, INCERT şirkətlərinin əməkdaşları və ASAP layihəsinin nümayəndələri iştirak ediblər. Təlim  SA üzrə mütəxəssis Caner Gençosmanoğlu tərəfindən keçirilib.

  • Ətraflı
  • Azərbaycanda ilk dəfə olaraq GLOBALGAP üzrə təlim keçirilib

    23-24 may tarixlərində Azərbaycanda Kənd Təsərrüfatına Dəstək Layihəsi (ASAP) çərçivəsində ilk dəfə olaraq yerli müəssisələrimiz üçün “GLOBALGAP-ın 5-ci versiyası. Standarta giriş  və onun şərhi” mövzusunda təlim keçirilib.

  • Ətraflı
  • Şirin MMC ISO 9001 standartı üzrə sertifikata layiq görülüb

    Şirin MMC  ISO 9001 Keyfiyyəti İdarəetmə Sistemi üzrə beyləxalq sertifikata layiq görülüb. Bununla əlaqədar olaraq dekabrın 10-da  şirkətin ofisində təqdimat mərasimi keçirilib.

    Tədbirdə Şirin MMC-nin direktoru Ramin Əliyev, Koroğlu MMC-nin Direktoru Tahir Əliyev, INCERT sertifikatlaşdırma şirkətinin Direktoru Şamo Muradov, Keyfiyyət Assosiasiyası İB-nin Sədri Samir Novruzlu, Şirin MMC-nin İdarəetmə sistemləri üzrə Direktor müavini Çinarə Məmmədova, Koroğlu MMC şirkətinin Direktor müavini Raminə Ağabəyova və şirkətin rəhbər işçiləri iştirak edib.

    Bu barədə şirkətin idarəetmə sistemləri üzrə direktor müavini Çinarə Məmmədova məlumat verib.

  • Ətraflı
  • INCERT şirkətinin işlədiyi yeni milli standart TK-ya təqdim edildi

     

    Məlum olduğu kimi, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramında” ölkənin yüksək keyfiyyətdə və təhlükəsiz qida məhsulları ilə təmin edilməsinin əhəmiyyəti vurğulanıb. Dövlət proqramında xüsusi olaraq qida sektorunda keyfiyyəti idarəetmə sisteminin tərbiqi üçün normativ hüquqi bazanın yaradılmasının zəruriliyi bildirilib.

     

    Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramın” da sənaye məhsullarının rəqabət qabiliyyətinin artırılması məqsədi ilə beynəlxalq standartlar əsasında milli standartların hazırlanması işinin sürətləndirilməsi, bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib.

     

     

  • Ətraflı
  • Elektrik qaynağına dair ISO-nun yeni standartı

     

     

    Qaynaq iqtisadi cəhətdən əlverişli, məhsuldar və müəyyən dərəcədə mexanikləşdirilmiş texnoloji proses kimi praktiki olaraq maşınqayırmada, təmir istehsalatının bütün sahələrində geniş tətbiq olunur.

     

    Müasir dövrdə sənayenin sürətli inkişafı qaynaq sahəsində də yeni üsulların tətbiqini zəruri etmişdir.  Qaynaq sahəsində qabaqcıl texnologiyaların mənimsənilməsi, bütövlükdə  qaynaq işlərinin keyfiyyətinin artırılmasına kömək etmək  məqsədilə Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən ISO 18278-1:2015 “Elektrik kontakt qaynağı. Qaynaq olma qabiliyyəti. Hissə 1. Nöqtəli, diyircəkli və relyefli kontakt qaynağı üçün metal materialların qaynaq olma qabiliyyətinin qiymətləndirilməsi” adlı yeni standart nəşr olunub.

     

  • Ətraflı
  • ASTM-nin yeni standartı poladdan hazırlanan armatur çubuqları korroziyadan qoruyacaq

     

    İnşaatda geniş istifadə olunan  və dəmir-beton konstruksiyaların möhkəmliyini artıran polad armatur çubuqların aqressiv təsirlər nəticəsində korroziyaya məruz qalması faktdır.

    Son illər inşaat sektorununn inkişafı istehsal olunan  armaturların keyfiyyətinin yüksəldilməsi və bunların uzunömürlülüyünun, eyni zamanda korroziyaya qarşı davamlılığının artırılmasını zəruri etmişdir.  

     
  • Ətraflı
  • Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemləri üzrə yeni standartı ISO 45001

     

    Beynəlxalq Standartlaşdırma Təşkilatından (ISO)  verilən məlumata görə Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemləri üzrə tanınmış Britaniya standartı olan BS OHSAS 18001 2016-cı ilin sonunda ISO 45001 standartı ilə  əvəz ediləcək.

     

    Hal -hazırda sözügedən standartın hazırlanması ilə  ISO-nun 283 saylı  Layihə Komitəsi məşğul olur.

     

     

  • Ətraflı
  • Beton konstruksiyalara texniki xidmət göstərilməsi və onların təmiri üzrə yeni ISO standartı

    Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən  ISO 16311-1:2014  “Beton konstruksiyalara texniki xidmət göstərilməsi və onların təmiri.

    Hissə 1 Ümumi prinsiplər ” adlı yeni standart nəşr edilib.

  • Ətraflı
  • Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yeni dövlət standartları təsdiq edilmişdir.

    SMPDK-dan verilən məlumata görə bunlara AZS ASTM D1556-2014 “Qum-konus üsulu ilə yerdə torpağın çəki vahidinin və sıxlığının təyini üçün standart sınaq metodu”, AZS IEC 60076-2-2014 “Güc transformatorları. Hissə 2: Maye yüklü transformatorlar üçün temperaturun yüksəlməsi”, AZS ISO 60076-5-2014 “Güc transformatorları.....

  • Ətraflı
  • Azərbaycan məhsulları Avropa keyfiyyət nişanı ilə markalanacaq

    2014-cü ilin sentyabrından Azərbaycan məhsulları CE keyfiyyət nişanı ilə markalanacaq. Bu barədə TREND-ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev bildirib.

  • Ətraflı