Əlaqə

 

                                                                                                                           Tel: (+994 12) 480 16 25                      Email: info@incert.az


 

   

Xəbərlər / SA 8000 standartı üzrə təlim keçirilib

Mayın 3-4 də Azərbaycanda Kənd Təsərrüfatına Dəstək Layihəsi (ASAP) çərçivəsində ilk dəfə olaraq yerli şirkətlərimiz üçün SA 8000 Sosial Məsuliyyət standarta üzrə  təlim keçirilib.

 

INCERT şirkətinin təşkilatçılığı ilə keçirilən təlimdə Binə AQRO, KASLAR, AZ-Granata, Mars FK, Aqroterm, PMD Grup, Quba Tingçilik,  Aznar, AqroKristal, INCERT şirkətlərinin əməkdaşları və ASAP layihəsinin nümayəndələri iştirak ediblər. Təlim  SA üzrə  mütəxəssis Caner Gençosmanoğlu tərəfindən keçirilib.

 

Caner Gençosmanoğlu qeyd edib ki, təlimin əsas məqsədi SA 8000 standartın mahiyyətinin izahı, onun müəssisələr üçün əhəmiyyəti barədə iştirakçıların məlumatlandırılması, bu sahədə səriştəliliyin artırılması, bilik və bacarıqlarının təkmilləşdirilməsi, standartın tətbiqi ilə bağlı yarana biləcək problemlərin müstəqil həll etmək bacarığının aşılanmasından ibarətdir.

 

Təlim zamanı  sosyal uyğunluq və sosial məsuliyyət standartı maddələrinin şərhi, onun tətbiqinin təşkilatlara faydaları, sosial məsuliyyətin tələbləri, qanunvericiliyin tələbləri, idarəetmə sistemi, əməyin mühafizəsi və təhlükəsizliyi,  iş vaxt, əmək haqqı məsələləri barədə geniş biliklər verilib, fikir mübadiləsi aparılıb.

 

Təlimin sonunda iştirakçılara sosial məsuliyyətlə bağlı praktiki tövsiyələr verilib.