Əlaqə

 

                                                                                                                           Tel: (+994 12) 480 16 25                      Email: info@incert.az


 

   

Xəbərlər / Azərbaycanda ilk dəfə olaraq GLOBALGAP üzrə təlim keçirilib

23-24 may tarixlərində Azərbaycanda Kənd Təsərrüfatına Dəstək Layihəsi (ASAP) çərçivəsində ilk dəfə olaraq yerli müəssisələrimiz üçün “GLOBALGAP-ın 5-ci versiyası. Standarta giriş  və onun şərhi” mövzusunda təlim keçirilib.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) və INCERT şirkətinin təşkilatçılığı ilə keçirilən təlimdə Binə AQRO,Damla Suvarma, D-Fruits, Mars FK, Fresh Fruits, Kürdəxanı Ştil, Quba Tingçilik Aqrovest müəssisələrinin əməkdaşları və ASAP layihəsinin nümayəndələri iştirak ediblər. Təlimi GlobalGap üzrə auditor və təlimçi Şavaş Mayadağ aparıb.

Təlim zamanı GLOBALGAP standartı və onun tətbiq sahələri, GLOBALGAP - Qabaqcıl Kənd Təsərrüfatı Təcrübəsi, Qabaqcıl Kənd Təsərrüfatı Təcrübəsi və GLOBALGAP Meyvə - Tərəvəz Standartlarının maddələri, Zərərvericilərə qarşı mübarizə, Nəzarət və sertifikatlaşdırma prosesi,GLOBALGAP nəzarət nöqtələri və uyğunluq meyarları,GLOBALGAP üzrə KİS-ə tələblər kimimövzulara toxunulub. Təlim fərdi və qrup çalışmaları şəklində keçirilib.

Mövzuların daha yaxşı qavranılması və yadda qalması üçün müasir texnologiyanın imkanlarından, eləcə də müxtəlif interaktiv metodlardan istifadə olunub, GLOBALGAP-ın tətbiqi ilə bağlı iştirakçılara praktiki tövsiyələr verilib.

Təlimin sonunda iştirakçıların sualları ətraflı cavablandırılıb.

Qeyd edək ki, 25-27 may tarixlərində Şavaş Mayadağ və INCERT şirkətinin direktoru Şamo Muradov GlobalGAP üzrə sertifikatlaşdırmaya hazırlıq çərçivəsində seçilmiş D-Fruits (Quba rayonu), Damla Suvarma (Saatlı rayonu), Mars FK (Kürdəmir rayonu), eləcə də  Bakının Binə qəsəbəsində yerləşən Binə Aqro müəssisələrini ziyarət etmiş və həmin müəssələrin rəhbərləri ilə görüşmüşdür. Bu görüşlər zamanı sözügedən müəssisələrin fəaliyyətinin ilkin qiymətləndirilməsi aparılıb onlara GLOBALGAP-ın tətbiqi ilə bağlı praktiki tövsiyələr verilib.