Mayın 3-4 də Azərbaycanda Kənd Təsərrüfatına Dəstək Layihəsi (ASAP) çərçivəsində ilk dəfə olaraq yerli şirkətlərimiz üçün SA 8000 Sosial Məsuliyyət standarta üzrə təlim keçirilib.
INCERT şirkətinin təşkilatçılığı ilə keçirilən təlimdə Binə AQRO, KASLAR, AZ-Granata, Mars FK, Aqroterm, PMD Grup, Quba Tingçilik, Aznar, AqroKristal, INCERT şirkətlərinin əməkdaşları və ASAP layihəsinin nümayəndələri iştirak ediblər. Təlim SA üzrə mütəxəssis Caner Gençosmanoğlu tərəfindən keçirilib.