Əlaqə

 

                                                                                                                           Tel: (+994 12) 480 16 25                      Email: info@incert.az


 

   

Sınaq və test

 

 

Sınaq və test material və məmulatların keyfiyyət və təhlükəsizlik baxımından milli qanunvericiliyin və beynəlxalq standartların tələblərinə, şirkətlər arasında bağlanmış kontraktların spesifikasiyalarına uyğunluğunun müəyyən edilməsi vasitəsidir.

 

Sınaq və test həmçinin elm və texnikanın müasir nailiyyətlərinə, həmçinin qabaqcıl təcrübələrə əsaslanaraq material və məmulatların çeşidinin yaxşılaşdırılması, yeniləşməsi, prinsipcə yeni növ məhsulun hazırlanmasında mühüm rol oynayır.

 

"INCERT" şirkəti milli və beynəlxalq qanunvericilik, normalar, həmçinin müştəri istək və tələblərini nəzərə alaraq müəssisə və təşkilatlara sınaq və test üzrə peşəkar xidmətlərin geniş spektrini təklif edir.

 

Şirkətin peşəkar əməkdaşları tərəfindən yerinə yetirilən işlər sınaq və test nəticələrinin emalını, rəsmiləşdirilməsini, habelə bu işlərlə bağlı hesabatların hazırlanmasını nəzərdə tutur.

 

Sınaq və test

 

Sınaq və test nədir?

Sınaq və test istehsal edilən material və məmulatların beynəlxalq və milli standartlara, həmçinin norma və direktivlərə uyğunluğunun yoxlanılmasıdır.

Sınaq və test material və məmulatların çeşidinin elm və texnikanın müasir nailiyyətlərinə, qabaqcıl təcrübələrə əsaslanaraq yaxşılaşdırılmasında, prinsipcə yeni növ məhsulun yaradılmasında əhəmiyyətli rol oynayır.

 

Sınaq və test nə üçün aparılır?


Sınaq və test material və məmulatların beynəlxalq standart, norma və direktivlərə uyğunluğunu yoxlamaq, müştəri və son iştehlakçıları keyfiyyətli və təhlükəsiz mallarla təmin etmək məqsədilə aparılır.

 

Sınaq və test harada aparılır?

 

Sınaq və test fəaliyyətlərinin təşkili, aparılması və inkişafı kifayət qədər hüquqi, metodiki, texniki sənədlərin tətbiqi olmadan mümkün deyildir. Sınaq və test üzrə fəaliyyətlərin normativ-texniki bazasını standartlar təşkil edir.

Sınaq və test fəaliyyətləri milli və beynəlxalq ISO standartlarına əsasən müvafiq qurumlardan akkreditasiya olunmuş laboratoriyalar tərəfindən yerinə yetirə bilər.

 

Sınaq və test:
 

  • material və məmulatların keyfiyyət və təhlükəsizlik baxımından milli qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun olub-olmadığını müəyyən etməyə,
  • material və məmulatların bağlanmış kontraktların şərtlərinə uyğun olub-olmadığını müəyyən etməyə,
  • uyğun olmayan material və məmulatı aşkar etməyə,
  • öz məhsul və ya xidmətlərinə zəmanət verən şirkət imici əldə etməyə,
  • məhsul və xidmətlərinizin bütün dünyada qəbul olunmasına imkan verir.

 

"INCERT" şirkəti əməkdaşlarının təcrübəsinə əsaslanaraq müəssisələrə/təşkilatlara test və sınaqların keçirilməsi üzrə peşəkar xidmətlər göstərir.

 

Tərəfimizdən təklif olunan xidmətlər aşağıdakı material, məmulat və avadanlıqların təxribatlı/təxribatsız müayinə metodları ilə test və sınağının keçirilməsini nəzərdə tutur:

 

  • Qida məhsulları
  • Bioloji aktiv əlavələr
  • Dərman preparatları
  • Ətriyyat və kosmetik məmulatlar
  • Toxuculuq məmulatları, parçalar
  • Xəz və xəz məmulatları
  • Dəri və dəri məmulatları
  • İnşaat materialları
  • Maşın və avadanlıqlar
  • İşıqlandırma sistemləri
  • İdman avadanlıqları
  • Mebel
  • Elektrik və elektronika məmulatları, avadanlıqlar
  • Tibbi cihaz və avadanlıqlar
  • Fərdi mühafizə vasitələri
  • Polimer materiallar
  • Oyuncaqlar
  • Suvenir məmulatları