Əlaqə

 

                                                                                                                           Tel: (+994 12) 480 16 25                      Email: info@incert.az


 

   

CE işarəsi ilə markalanma


Avropa Birliyi (AB) ölkələrində məhsulların uyğunluğunun qiymətləndirilməsi AB-nin Direktiv və standartlarında öz əksini tapmışdır.

AB-nin Yeni yanaşma (New Approach) direktivlərinə görə məhsulun standartın tələblərinə uyğunluğu istehsalçının özü tərəfindən qiymətləndirilə bilər və o, bunu malı nişanlamaqla təsdiqləməlidir.

 

AB-də məhsulun uyğunluq nişanı СЕ kimi işarə olunur. Məhsulların sertifikatlaşdırılması və CE markalanması qaydaları isə AB-nin Qlobal Yanaşma (Global Approach) Direktivlərinə əsasən tənzimlənir.  

 

СЕ işarəsi ilə markalanmanın şərtləri və qaydaları

 

1. СЕ işarəsi (СЕ Mark) mal və ya texniki məlumatlar olan lövhənin üzərində vurulan zaman o aydın nəzərə çarpmalı və silinməməlidir. Əgər məhsulun xarakteristikası СЕ işarəsinin malın üzərində qeyd olunmasına imkan vermirsə, o halda həmin işarə ya məmulatın qabının, ya da onu müşayiət edən sənədlərin üzərinə vurulmalıdır.  

 

2. СЕ işarəsi malın bazara göndərilməsinə qədər onun üzərinə vurulmalıdır. Bu zaman həmin işarənin yanında onun təhlükəli və ya xüsusi tətbiq edilmə qaydalarını göstərən piktoqram və ya hər hansı digər işarə qeyd olunan bilər. 

 

3. СЕ işarəsi ilə markalanmadan sonra məmulatın üzərində istehsal mərhələsində nəzarəti həyata keçirən rəsmi orqanın identifikasiya nömrəsi qeyd olunmalıdır. İdentifikasiya nömrəsi həmin rəsmi orqanın özü, ya da onun göstərişi əsasında məmulatı hazırlayan firma və ya həmin firmanın nümayəndəsi tərəfindən vurulur.

 

4. AB-nə üzv dövlətlər СЕ işarəsi ilə markalanmanın müvafiq tətbiqi mexanizminin tənzimlənməsi istiqamətində addımlar atır və markalanmadan sui-istifadə edilməsi hallarına qarşı tədbirlər görürlər. Bundan başqa üzv dövlətlər qeyd olunan hər hansı sui-istifadə hallarına qarşı sanksiyalar tətbiq edirlər. Bu sanksiyalar həm də ciddi pozuntulara yol vermiş şəxslərin və şirkətlərin məsuliyyətə cəlb olunmasını nəzərdə tutur.

 

Avropa Birliyinin Direktivləri

 

  • 97/23/EC - Təzyiq altında işləyən avadanlığa dair AB Direktivi
  • 99/36/EC - Təzyiq altında işləyən daşına bilən avadanlığa dair AB Direktivi 
  • 2006/42/EC - Maşın və mexanizmlərə dair AB Direktivi 
  • 95/16/EC - Lift və qaldırıcı mexanizmlərə dair AB Direktivi 
  • 94/9/EC - Partlayıcı mühitlərdə istifadə edilən cihazlar və mühafizə sistemlərinə dair AB Direktivi
  • 89/686/EEC - Fərdi mühafizə avadanlığına dair AB Direktivi
  • 89/106/EEC - İnşaat materialları və konstruksiyalara dair AB Direktivi
  • 2000/14/EC - Açıq sahədə istifadə edilən avadanlığın ətrafda yaratdığı səs-küyə dair AB Direktivi
  • 88/378/EEC - Oyuncaqların təhlükəsizliyinə dair AB Direktivi
  • 93/42/EEC - Tibbi cihazlara dair AB Direktivi
  • 98/79/EC - Tibbi diaqnostika cihazlarına dair AB Direktivi
  • 2006/95/EC - Aşağı gərginliyə malik sistemlərə dair AB Direktivi
  • 92/42/EEC - Suqızdıran qazanlara dair AB Direktivi
  • 90/396/EEC - Qaz yandıran cihazlara dair AB Direktivi

 

Avropa Birliyinin Direktivləri

 

97/23/EC - Təzyiq altında işləyən avadanlığa dair AB Direktivi

 

  • Son qiymətləndirməni izləməklə daxili istehsala nəzarət
  • AT Tip araşdırması
  • Tipə uyğunluq
  • İstehsalın keyfiyyətinə zəmanət
  • Məhsulun keyfiyyətinə zəmanət
  • AT Vahid təsdiqlənmə
  • Məhsulun təsdiqlənməsi
  • Qaynaq və lehimləmə prosedurlarının təsdiqi
  • Layihənin araşdırılması və son qiymətləndirmənin həyata keçirilməsi ilə keyfiyyətə tam zəmanət
  • Keyfiyyətə tam zəmanət
  • Məhsulun keyfiyyətinə zəmanət
  • İstehsalın keyfiyyətinə zəmanət
  • AT layihələrinin araşdırılması
  • Qaynaq və lehimləmə personalının təsdiqlənməsi

            
 

Modul A1, Modul B, Modul C1

Modul D1, Modul E1, Modul G

Modul F, Modul H1, Modul H

Modul E, Modul D, Modul B1

 

2009/105/EC- Təzyiq altında işləyən sadə qablara dair AB Direktivi

 

  • AT Tip araşdırması
  • AT Uyğunluğun bəyan edilməsi
  • AT təsdiqi

 

     Maddə 10, Maddə 11,

     Maddə 12  Maddə 13,

     Maddə 14

 

99/36/EC - Təzyiq altında işləyən daşına bilən avadanlığa dair AB Direktivi 

 

  • Son qiymətləndirməni izləməklə daxili istehsala nəzarət
  • AT Tip araşdırması
  • Tipə uyğunluq
  • İstehsalın keyfiyyətinə zəmanət
  • Məhsulun təsdiqlənməsi
  • AT Vahid təsdiqlənmə
  • Keyfiyyətə tam zəmanət
  • Layihənin araşdırılması və son qiymətləndirmənin həyata keçirilməsi ilə keyfiyyətə tam zəmanət
  • Yeniden qiymətləndirmə proseduru
  • Məhsulların vaxtaşırı müayinəsi

 

     Əlavə IV, Bölmə I

 

Modul A1, Modul B, Modul B1

Modul C1, Modul D, Modul D1

Modul E, Modul E1, Modul G

Modul H, Modul H1,

 

     Əlavə IV, Bölmə II

     Əlavə IV, Bölmə III- Modul 1

 

95/16/EC - Lift və qaldırıcı mexanizmlərə dair AB Direktivi 

 

  • Liftlər üçün AT Tip araşdırması
  • Liftlər üçün Vahid təsdiqlənmə
  • Liftlər üçün son müayinə
  • Liftlər üçün keyfiyyətə tam zəmanət
  • Liftlər üçün məhsulun keyfiyyətinə zəmanət

 

    Əlavə V B, Əlavə VI, Əlavə X,

    Əlavə XII, Əlavə XIII, Əlavə XIV

 

2006/95/EC - Aşağı gərginliyə malik sistemlərə dair AB Direktivi

 

  • Müəyyən gərginlik sərhədləri daxilində istifadə edilmək üçün hazırlanmış elektrik təchizatları

 

Bölmə 8 və Bölmə 9

 

89/686/EEC - Fərdi mühafizə avadanlığına dair AB Direktivi

 

  • AT Tip araşdırması
  • İstehsalda AT keyfiyyətə nəzarət sistemi
  • Yekun məhsul üçün AT keyfiyyətə nəzarət

 

Bölmə 10, Bölmə 11B, Bölmə 11A

 

94/9/EC - Partlayıcı mühitlərdə istifadə edilən cihazlar və mühafizə sistemlərinə dair AB Direktivi 

 

  • Məhsulun keyfiyyətinə zəmanət
  • İstehsalın keyfiyyətinə zəmanət
  • Vahid təsdiqlənmə
  • Məhsulun təsdiqlənməsi
  • Tipə uyğunluq
  • AT tip araşdırması

 

      Əlavə III, Əlavə IV, Əlavə V,

      Əlavə VI, Əlavə VII, Əlavə IX

 

Avropa direktivlərinə görə СЕ markalanmasına aid olan məhsul tipləri

 

S/s

Direktivin kodu

  Məhsul və avadanlıqlar

1

2006/95/EEC

Aşağı gərginlikli avadanlıqlar

2

2009/105/EEC

Sadə (aşağı) təzyiqli qablar

3

88/378/EEC

Oyuncaqlar

4

89/106/EEC

Tikinti materialları

5

2004/108/EEC

Elektromaqnetik uyğunluq

6

2006/42/EEC

Maşın və mexanizmlər

7

89/686/EEC

Fərdi mühafizə vasitələri

8

90/384/EEC

Avtomatik olmayan tərəzilər

9

90/385/EEC

İmplantasiya olunan tibbi cihazlar

10

2009/142/EEC

Qaz istifadə edən cihazlar

11

92/42/EEC

Maye və qaz yanacağından istifadə edən isti su qazanları

12

93/15/EEC

Mülki istifadə üçün partlayıcı vasitələr

13

93/42/EEC

Tibbi cihazlar

14

94/9/EEC

Partlayış təhlükəsi olan mühitdə istifadə etmək üçün avadanlıq və mühafizə sistemləri

15

2003/44/EEC

Əyləncə üçün üzən vasitələr

16

95/16/EEC

Lift və qaldırıcı vasitələr

17

97/23/EEC

Təzyiq altında işləyən avadanlıqlar

18

98/79/EEC

Sınaq borusunda diaqnostika üçün tibbi avadanlıqlar

19

1999/5/EEC

Radio və telekominikasiya ötürücü avadanlığı

20

2000/9/EEC

İnsanları daşımaq üçün kanat qurğuları

21

2004/22/EEC

Ölçü alətləri

 

 

Məhsulun СЕ markasına uyğunluğunun qiymətləndirilməsi prosesi

Malın СЕ işarəsi ilə markalanması həmin malın AB-nin direktivlərinə uyğunluğunu göstərir.
Hər bir məhsul tipinin AB-nin təhlükəsizlik tələblərinə uyğunluğunun təmin edilməsi məqsədilə müvafiq prosedurların yerinə yetirilməsi nəzərdə tutulur.

"INCERT" şirkəti özünün beynəlxalq əlaqələrinə əsaslanaraq məhsulların AB-nin direktivlərinə uyğunluğunun yoxlanılması və istehsalçılara aparıcı Avropa qurumları tərəfindən CE markalanması üzrə peşəkar xidmətlərin göstərilməsini təşkil edir.