Əlaqə

 

                                                                                                                           Tel: (+994 12) 480 16 25                      Email: info@incert.az


 

   

Audit

 

Audit və ya audit yoxlaması – təşkilatın fəaliyyətinin, sistemin, prosesin, layihə və yaxud məhsulun müstəqil yoxlanılması prosedurudur.

 

Audit yoxlaması bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir.

 

 

Audit fəaliyyəti təcrübəsində daxili, həmçinin 2-ci və 3-cü tərəf (xarici auditlər) auditlərindən geniş istifadə edilir.

 

Daxili audit müəssisədə idarəetmə aparatının xüsusilə yaratdığı, bilavasitə rəhbərliyin tabeçiliyində olan və ştatla çalışan auditorlardan ibarət şöbə tərəfindən aparılır.

 

Daxili auditin məqsədi - müəssisənin hər növ təsərrüfat fəaliyyəti effektivliyinin təmin edilməsindən ibarətdir.

 

2 - ci tərəf auditi - istehlakçı və onun adından aparılan audit yoxlamasıdır.

 

3 - cü tərəf auditi -  müstəqil auditor təşkilatı, məsələn tənzimləyici orqanlar və ya sertifikatlaşdırma qurumları tərəfindən aparılan audit yoxlamasıdır.

 

Auditin geniş yayılmış növlərindən biri də idarəetmə auditidir.

 

İdarəetmə auditi - müəssisənin fəaliyyətinin qanunvericiliyə uyğun olduğunun ekspertiza edilməsini, idarəetmə problemlərinin aşkar edilməsi və onların həll edilməsində əsas istiqamətlərin müəyyən edilməsi məqsədilə idarəedici heyətin işinin müstəqil auditor tərəfindən yoxlanılmasını ifadə edir.

 

Müasir təcrübədə təşkilatın fəaliyyətinin, sistemin, prosesin, layihə və yaxud məhsulun müstəqil qiymətləndirilməsi proseduru kimi auditin sadə və genişləndirilmiş növlərindən istifadə olunur.

 

Sadə audit


Sadə audit nədir?
Sadə audit müştərinin öz təchizatçısının etbarlılığını, onun tələblərinə uyğun olub olmadığını müəyyən etmək məqsədilə aparılan yoxlamadır.

 

Sadə audit təchizatçı müəssisə, onun əməkdaşları, mövcud müştəriləri barədə informasiyanın, həmçinin həmin müəsisənin malik olduğu lisenziyaların və digər sənədlərin, fəaliyyətdə olan istehsal xətlərinin vəziyyətinin, keyfiyyəti idarəetmə sisteminin, və s-nin yoxlanılmasını nəzərdə tutur.

 

Bu audit nə üçün aparılır?
Sadə audit yoxlaması müştərinin öz potensial təchizatçısı barədə zəruru məlumatları əldə etmək məqsədilə aparılan auditdir.

 

Bu audit nə zaman aparılır?
Sadə audit yoxlaması müştəri tərəfindən potensial təchizatçıya sifarişlə bağlı müraciət olunduqdan sonra aparılır.

 

Bu audit harada aparılır?
Sadə audit təchizatçının/müəssisənin ərazisində və ya sifarişçinin istəyinə uyğun olaraq istənilən yerdə aparıla bilər.


Sadə audit yoxlaması:

  • təcrübəsiz və bəzi hallarda fırıldaqçı, dələduz təchizatçılardan xilas olamağa,
  • təchizatçının/müəssisənin sizə lazım olan malları istehsal etmə imkanlarını qiymətləndirməyə,
  • təchizatçının/müəssisənin bununla bağlı müvafiq lisenziya və sertifikatlara malik olub-olmadığını yoxlamağa,
  • bütün potensial təchizatçıları qiymətləndirməyə və onları arasından ən yaxşısını seçməyə,
  • vaxta qənaət etməyə və riskləri azaltmağa imkan verir.

 

Genişləndirilmiş audit

 

Genişləndirilmiş audit nədir?
Genişləndirilmiş audit təchizatçının/müəssisənin ISO 9001 standartının tələblərinə uyğunluğunun peşəkar auditor tərəfindən yoxlanılması üzrə həyata keçirilən fəaliyyətdir.

 

Genişləndirilmiş audit:
 

  • A. Təchizatçı/müəssisə barədə məlumatların (müəssisənin adı, hüquqi ünvanı, əlaqə nömrələri, e- poçtu, lisenziya və sertifikatları və s.) yoxlanılmasını,
  • B. Təchizatçının/müəssisənin əməkdaşlarının və idarəetmə proseslərinin (idarəetmə, keyfiyyətə nəzarət və s.) yoxlanılmasını,
  • C. Təchizatçının/müəssisənin qurğu və avadanlığının (ofis, təchizat sistemi, istehsal xətləri və s.) yoxlanılmasını,
  • D. Təchizatçının/müəssisənin bu səhədəki təcrübəsinin yoxlanılmasını,
  • E. Təchizatçının/müəssisənin təsdiqlənmiş sənədlərinin (lisenziya, sertifikat və s.) yoxlanılmasını,
  • F. Təchizatçının/müəssisənin idarəetmə sisteminin (giriş nəzarəti, satınalmalara nəzarət, istehsala nəzarət və s.) yoxlanılmasını nəzərdə tutur.

 

Genişləndirilmiş audit nə üçün aparılır?
Genişləndirilmiş audit təchizatçının/müəssisənin hamı tərəfindən qəbul edilmiş beynəlxalq standartlara əsasən qiymətləndirilməsi məqsədilə aparılır.

 

Genişləndirilmiş audit nə zaman aparılır?
Genişləndirilmiş audit yoxlaması müştəri tərəfindən potensial təchizatçıya sifarişlə bağlı müraciət olunduqdan sonra aparılır.

 

Genişləndirilmiş audit harada aparılır?
Genişləndirilmiş audit təchizatçının/müəssisənin ərazisində və ya sifarişçinin istəyinə uyğun olaraq istənilən yerdə aparıla bilər.

 

Genişləndirilmiş audit yoxlaması:
 

  • təcrübəsiz və bəzi hallarda fırıldaqçı, dələduz təchizatçılardan xilas olmağa,
  • təchizatçının/müəssisənin sizə lazım olan malları istehsal etmə imkanlarını qiymətləndirməyə,
  • təchizatçının/müəssisənin bununla bağlı müvafiq lisenziya və sertifikatlara malik olub-olmadığını yoxlamağa,
  • bütün potensial təchizatçıları qiymətləndirməyə və onları arasından ən yaxşısını seçməyə,
  • vaxta qənaət etməyə və riskləri azaltmağa imkan verir.