Əlaqə

 

                                                                                                                           Tel: (+994 12) 480 16 25                      Email: info@incert.az


 

   

Təlim

 

Təlim xidmətləri şirkətimizin fəaliyyətinin vacib istiqamətlərindən biridir.
Biz yerli və xarici ekspertləri cəlb etməklə müxtəlif mövzularda təlim kurslarını təşkil edirik.
Təlimlər hazırlanarkən tərəfimizdən şirkət və təşkilatların, habelə şəxslərin təlim ehtiyacları diqqətlə öyrənilir.
Bizim təlim kursları müştərilərimizin istəklərinə uyğun olaraq həm açıq, həm də korporativ təlimlər formatında keçirilir.


Açıq təlimlər


Bu təlimlər özündə informasiya bazasını və praktiki  metodları birləşdirir.

Təlim kursları yerli və xarici təlimçilər tərəfindən aparılır.

Təlimin sonunda kursu uyğurla başa vurmuş iştirakçılara sertifikat təqdim edilir.
 

Korporativ təlimlər
 

Korporativ təlimlər şirkət və təşkilatların istək və ehtiyaclarına uyğun olaraq hazırlanır və keçirilir.

Bu təlimlər təlim iştirakçılarının həm nəzəri inkişafının, həm də praktiki bacarıqların artırılmasına zəmin yaradır.

Açıq təlimlərdən fərqli olaraq korporativ təlimlərin qiyməti iştirakçı sayına görə deyil, kursun davametmə müddətinə görə dəyişə bilər.
 

Biz xüsusi proqram hazırlamaqla şirkət və təşkilatlar üçün onların fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı mövzularda təlim kursları təşkil edirik.