Əlaqə

 

                                                                                                                           Tel: (+994 12) 480 16 25                      Email: info@incert.az


 

   

Texniki məsləhət

"INCERT" şirkəti özünün təcrübəli mütəxəssisləri ilə müəssisə və təşkilatlara texniki mövzularda peşəkar məsləhət xidmətləri göstərir.
Biz texniki məsləhət üzrə fərqli yanaşma sistemini yaratmışıq və fəaliyyətimizi bu sistem çərçivəsində davamlı şəkildə icra edir və təkmilləşdiririk.

Fəaliyyətimiz beynəlxalq standartların və müştərilərimizin tələblərinin effektiv şəkildə yerinə yetirilməsinə əsaslanır və aşağıdakı istiqamətləri əhatə edir:
 

1. Layihələrin idarə edilməsi

 

Biz yaşayış binaları, xəstəxanalar, nəqliyyat magistralları, sənaye müəssisələri və s.obyektlərin tikintisinin, bərpasının və modernləşdirilməsinin ən müasir texnologiyalar üzrə kompleks həllini təklif edirik.

 

Tikintinin nəzərdə tutulan müddətdə, layihə-maliyyə göstəricilərinə və müəyyən olunmuş smeta dəyərinə uyğunluğunu təmin etmək məqsədilə tikinti layihəsinin yerinə yetirilməsinin izlənməsi.

 

Bizimlə işləmək Sizə aşağıdakı üstünlükləri təmin edir:
 

  • Təhlükə və risklərin yaranması barədə vaxtında məlumat əldə etmək
  • Təhlükə və riskləri aradan qaldırmaq üçün zəruri tədbirləri həyata keçirmək imkanı əldə etmək
  • Tikintinin nəzərdə tutulan müddətdə və büdcəyə uyğun həyata keçirilməsinə nail olmaq
  • Tikinti ilə bağlı spesifik tələblərə və normalara uyğun fəaliyyət göstərmək
  • Maliyyə risklərinin azaldılmasına nail olmaq

                  
Bizim metodika

Hər bir tikinti obyekti tərəfimizdən unikal, özünün spesifikliyi və xarici təsir amilləri olan layihə kimi nəzərdən keçirilir.

Biz bu xüsusiyyətləri nəzərə alaraq həmin layihələrin həyata keçirilməsi üçün fərqli metodika və proqramlar işləyib hazırlayırıq.

Bu strategiya tikinti işlərinin nəzərdə tutulmuş müddətdə yerinə yetirilməsinə, məsuliyyətlərin dəqiq müəyyənləşdirilməsinə və həyata keçirilən fəaliyyətlərin spesifik tələblərə uyğunluğunun təmin edilməsinə əsaslanır.

 

Layihə sənədlərinin yoxlanılması

Layihə sənədlərinin yoxlanılması müxtəlif təşkilat və institutlar tərəfindən hazırlanmış layihələrdəki səhvləri aradan qaldırmağa imkan verir.
Bununla yanaşı bizim ekspertlər bina və obyektlərin tikilməsini həyata keçirmək işçi sənədlərin, tikintinin texniki-iqtisadi əsaslandırmalarının işlənməsi, mühəndis tədqiqatlarının aparılması üzrə xidmətlər göstərir.


Bizim yanaşma
 

Biz layihələndirmə prosesinə bina və obyektlərin beynəlxalq və milli tikinti normativlərinə uyğun və istifadə üçün təhlükəsiz olması prinsipindən yanaşırıq.

 
2. İstehsalın modernizasiyası üzrə məsləhət

Köhnəlmiş avadanlıqların yeni avadanlıqlarla əvəz olunması ilə maksimum iqtisadi effekt əldə etmək üçün istehsal və sənaye müəssisələrində istifadəsi tövsiyə olunur.

 

İstehsalın modernizasiyası üzrə məsləhət xidməti
 

  • cari istehsal xəttinin təhlilini,
  • mövcud avadanlıqların və texnologiyların maksimum istifadəsi üçün texniki həllərin işlənib hazırlanmasını,
  • 10-20 illik texniki sistemin inkişaf konsepsiyasının işlənib hazırlanamasını,
  • istehsalatda maksimum iqtisadi effektivliyi əldə etmək məqsədi ilə texniki avadanlığın seçilməsi, yerləşdirilməsi və layihələndirilməsini,
  • istehsalın modernizasiyası layihəsinin izlənməsini nəzərdə tutur.

 

3. Brend məhsulun (xidmətin) yaradılması üzrə məsləhət xidməti

Demək olar ki, bütün müəssisələrdə istifadəsi tövsiyə olunur.


Brend məhsulun (xidmətin) yaradılması üzrə məsləhət xidməti:
 

  • brend bazarının təhlilini,
  • məhsulun (xidmətin) inkişafının qısa və ya uzunmüddətli perspektivlərinin proqnozlaşdırılmasını,
  • nümunənin təhlilini,
  • məhsulun (xidmətin) mükəmməl dizayn və texniki parametrlərinin işlənməsini,
  • müəssisənin istehsalı üzrə tövsiyələrin verilməsini,
  • nümunənin istehsalına nəzarət edilməsini nəzərdə tutur.

 

4. Yeni (analoqu olmayan) məhsulun (xidmətin) yaradılması üzrə məsləhət xidməti


Bazarda olmayan unikal məhsul (xidmət) istehsal etmək istəyən müəssisələrdə istifadəsi tövsiyə olunur.


Yeni (analoqu olmayan) məhsulun (xidmətin) yaradılması üzrə məsləhət xidməti:

 

  • tələb olunan işlənmələrin ayrıntıları ilə araşdırılmasını,
  • “beyin fırtınası”nı,
  • müştəri tələblərinin ilkin qiymətləndirilməsini,
  • məhsul (xidmətin) ömür tsiklinin müəyyən edilməsini,
  • nümunə məhsulun istehsalı və istehsal texnologiyalarının işlənib hazırlanmasını,
  • nümunə məhsulun alınmasını,
  • məhsulun (xidmətin) tələb olunan göstəricilərə uyğun istehsalı və modifikasiyasını,
  • seriya nümunəsinin əldə edilməsini nəzərdə tutur.

 

5. Qaynaq texnologiyaları

 

  • ASME, AWS, EN standartlarına görə qaynaq metodları üzrə spesifikasiyalar
  • Beynəlxalq kod və standartlara görə qaynaqçıların səriştəliliyinin təsdiqlənməsi
  • Qaynaq əməliyyatları zamanı keyfiyyətə nəzarət
  • Qaynaq prosesinin idarə edilməsi
  • Qaynaq prosesinin sənədləşdirilməsi


6. CE işarəsi ilə markalanma

 

  • Məhsulun AB-nin “yeni yanaşma” (New Approach) direktivinə və ya digər hər hansı direktivlərinə uyğunluğunun müəyyənləşdirilməsi
  • Məhsulun uyğunluğunun qiymətləndirilməsinin həyata keçirilmə prosedurunun (Conformity Assessment Proсеdures EC) müəyyənləşdirilməsi
  • Tədarük edilən məhsula münasibətdə mövcud olan harmonizə edilmiş Avropa standartlarının müəyyənləşdirilməsi
  • Tədarük edilən məhsulla bağlı AB ölkələrin milli qanunvericiliyinin tələblərinin (milli standartlar, qablaşdırma və markalanma ilə bağlı tələblər) öyrənilməsi
  • Məhsulun tətbiq olunan AB direktivlərinin (Directive EC) tələblərinə uyğunluğunun yoxlanılması (məhsul barədə məlumatlar, sınaq protokolları)
  • Tətbiq olunan direktivə əsasən rəsmi orqan (Notified Body) tərəfindən tədarük edilən məhsulun uyğunluğunun müstəqil qiymətləndirilməsinə olan ehtiyacın müəyyənləşdirilməsi
  • Müvafiq direktivlərin tələblərinə əsasən texniki sənədləşdirilmənin aparılması
  • Uyğunluq deklarasiyasının (Declaration of Conformity СЕ) və ona müvafiq dəlillərin hazırlanması
     

7. API standartları 

 

  • API standartları üzrə audit prosesinə hazırlıq çərçivəsində həm sistemin, həm də məhsulların adekvatlılığı mövzusunda məsləhət xidmətlərinin göstərilməsi

 

8. Təzyiq altında işləyən qabların layihələndirilməsi, istehsalı və sənədləşdirilməsi

 

  • Müştəri tələblərinin öyrənilməsi və analizi
  • Beynəlxalq standartların tələblərinə görə layihələndirmənin analizi layihələndirmənin girişləri
  • Keyfiyyət planının hazırlanması
  • Keyfiyyətə nəzarət sənədlərinin hazırlanması
  • Beynəlxalq standartların tələblərinə görə qaynaq metodları üzrə spesifikasiyalar
  • Beynəlxalq standartların tələblərinə görə layihələndirmənin həyata keçirilməsi və layihələndirmənin çıxışları
  • İstehsalın inspeksiyası
  • Qaynaq əməliyyatları zamanı keyfiyyətə nəzarət edilməsi
  • Qaynaq prosesinin idarə edilməsi
  • Yükləmə prosesinə nəzarət edilməsi

 

9. Polad konstruksiyaların layihələndirilməsi, istehsalı və sənədləşdirilməsi

 

  • Müştəri tələblərinin öyrənilməsi və analizi
  • Beynəlxalq standartların tələblərinə görə layihələndirmənin analizi layihələndirmənin girişləri
  • Keyfiyyət planının hazırlanması
  • Keyfiyyətə nəzarət sənədlərinin hazırlanması
  • Beynəlxalq standartların tələblərinə görə qaynaq metodları üzrə spesifikasiyalar
  • Beynəlxalq standartların tələblərinə görə layihələndirmənin həyata keçirilməsi və layihələndirmənin çıxışları
  • İstehsalın inspeksiyası
  • Qaynaq əməliyyatları zamanı keyfiyyətə nəzarət edilməsi
  • Qaynaq prosesinin idarə edilməsi
  • Yükləmə prosesinə nəzarət edilməsi

 

10. Nəqliyyat və logistika

         

  • Nəqliyyat vasitələrinin qiymətləndirilməsi
  • Avtomobil, dəmir yolu və aviasiya texnikalarının qiymətləndirilməsi
  • TSI (texniki spesifikasiya) üzrə qiymətləndirmə
  • Logistika proseslərinin cari vəziyyətinin analizi və optimallaşdırma üçün istiqamətlərin müəyyən edilməsi
  • Logistik axışların işinin optimallaşdırılması və xərclərin azaldılması üzrə tövsiyə və tədbirlərin işlənib hazırlanması
  • ARIS alətlərindən istifadə etməklə biznes proseslərin təsviri
  • Yeni proseslərin tətbiqi ilə bağlı metodoloji dəstək
  • Nail olunmuş nəticələrin qiymətləndirilməsi, reqlamentlərin və digər sənədlərin son versiyalarının hazırlanması

 

11. İnşaat sektoru

 

  • Tikinti obyektlərinin layihələndirilməsi ilə bağlı texniki məsləhət
  • Tikinti obyektlərinin inşası ilə bağlı texniki məsləhət
  • Tikinti obyektlərinin istismarı ilə bağlı texniki məsləhət

 

12. Enerji texnologiyaları

 

  • Müəssisənin enerji resurslarının analizi
  • Müəssisənin mövcud enerji təminatı sxemlərinin effektivliyinin analizi
  • Müəssisənin enerji istehlakı xərclərinin azaldılması üçün potensialın müəyyən edilməsi
  • Enerjiyə qənaət edilməsi üzrə layihələrin işlənib hazırlanması
  • Enerjiyə qənaət edilməsi üzrə layihələrin reallaşdırılması üçün zəruri olan sənədlərin işlənib hazırlanması

 

13. İnformasiya texnologiyaları

 

  • Müəssisənin mövcud informasiya təminatı sisteminin diaqnostikası və bu sistemin müəyyən olunmuş məqsədlərə uyğunluğunun qiymətləndirilməsi
  • Müəssisənin təşkilatı strukturunun və biznes proseslərinin analiz
  • Müəssisənin informasiya sisteminin dayanıqlığının və səmərəliliyinin analizi və bu sistemin yaxşılaşdırılması üzrə tədbirlərin işlənib hazırlanması
  • Müəssisənin IT strategiyasının işlənib hazırlanması
  • Müəssisədə IT vasitələrinin və proqram təminatının istismarı, həmçinin avadanlıqların yeniləşdirilməsi ilə bağlı məsləhət xidmətlərinin göstərilməsi

 

14. İstehlak malları və pərakəndə ticarət

 

  • Biostatistik analizlərin aparılması üzrə məsləhət xidmətləri
  • Material, element və plastinaların ekoloji və keyfiyyət analizlərinin aparılması üzrə məsləhət xidmətləri