Əlaqə

 

                                                                                                                           Tel: (+994 12) 480 16 25                      Email: info@incert.az


 

   

İnspeksiya

 

İnspeksiya nəzarəti sifarişçiyə podratçının səriştəliliyindən, obyektdə çalışan personalın peşəkarlığından, həmçinin bu təşkilatın texniki cəhətdən təchiz olunma səviyyəsindən və yerinə yetirilən işlərin keyfiyyət və vaxtına riayət olunmasından əmin olmaq imkanı verir.


İnspeksiya nədir?

 

İnspeksiya xammalın, müəssisənin fəaliyyətinin, istehsal prosesinin və qrafikinin, həmçinin keyfiyyətinin yoxlanılması üzrə yerinə yetirilən fəaliyyətdir.

 

İnspeksiya nə üçün aparılır?

 

Sifarişçi kimi Siz alacağınız məmulatın norma və tələblərə uyğunluğuna, keyfiyyətli materialdan hazırlanmasına əmin olmaq istəyirsiniz? Biz ən müasir texniki vasitələrdən istifadə etməklə Sizin tələblərinizin yerinə yetirilməsi prosesinin peşəkar şəkildə yoxlanılmasına təminat veririk.  

 

İnspeksiya nə zaman aparılır?

 

İnspeksiya təchizatçının/müəssisənin müəyyən edilməsindən və qiymətləndirilməsindən sonra, həmçinin kütləvi istehsalın başlanmasına qədər aparılır.

 

İnspeksiya harada aparılır?

 

İnspeksiya sifariş əsasında istənilən yerdə - təchizatçının/müəssisənin ofisində və ya müəssisədə aparılır.
 

 

İnspeksiya:

 

  • anlaşılmazlıqlardan xilas olmağa,
  • tələblərinizin kifayət qədər yaxşı başa düşüldüyünə əmin olmağa,
  • uyğun olmayan materialdan və s-dən istifadə edilməsinin qarşısını almağa,
  • düzəldici fəaliyyətlərin vaxtında yerinə yetirilməsinə nail olmağa,
  • lüzumsuz gecikmə hallarının və nəzərdə tutulmayan xərclərin qarşısını almağa imkan verir.



"INCERT" şirkəti əməkdaşlarının təcrübəsinə əsaslanaraq müəssisələrə/təşkilatlara inspeksiya nəzarəti üzrə aşağıdakı xidmətləri göstərir:
 

  • Boru kəmərlərinin inspeksiyası
  • İstehsalın və məhsulların inspeksiyası
  • Vaxtaşırı nəzarətin keçirilməsi
  • İstehlak mallarının inspeksiyası
  • Avadanlıqların inspeksiyası
  • Yükləmə öncəsi inspeksiya
  • Yükləmə və boşaltmalara nəzarət edilməsi
  • Risklərin analizi