Əlaqə

 

                                                                                                                           Tel: (+994 12) 480 16 25                      Email: info@incert.az


 

   

Yeniliklər / Material və məmulatların oda davamlılığının yoxlanmasına dair yeni standart

  Material və məmulatların ərimədən və deformasiyaya uğramadan yüksək temperaturun təsirinə     uzun müddət müqavimət göstərmək qabiliyyətinə odadavamlılıq  deyilir. Hər bir materialın               yanma qabiliyyəti müxtəlifdir.

 

  Məsələn, qeyri – üzvü materiallar yanmırsa, üzvü materiallar qızdırıldıqda alovlanır, közərir və         yanır.Məhz buna görə də istehsal, təsərrüfat, yaşayış və başqa bina və   tikililərdə istifadə olunan   material və məmulatların oda davamlığının artırılması yanğın təhlükəsizliyi baxımından xüsusi         əhəmiyyət kəsb edir.

 

Sözügedən problemin aktuallığını nəzərə alan  Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən bu yaxınlarda ISO/TS 3814:2014 “Material və məmulatların odadavamlılığının standart sınağı metodları.

İşlənib hazırlama və tətbiq” adlı yeni standart nəşr edilib. ISO/TS 3814:2014 standartında material və məmulatların odadavamlığının müəyyən edilməsi üçün sınaqların keçirilməsi ilə bağlı tələblər müəyyən edilib.

 

Bu standartdan təşkilati, hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün təşkilatlar, müəssisələr, birliklər, yanğın təhlükəsizliyinə məsuliyyət daşıyan şəxslər, eləcə də yanğın təhlükəsizliyini sistemini işləyib hazırlayan, tətbiq edən və buna nəzərəti həyata keçirən mütəxəssislər istifadə edə bilərlər.